Fatih Terim üçün yeni köməkçi

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimə yeni köməkçi təyin olunub.

Komanda.az xəbər verir ki, ABŞ-dan olan performans mütəxəssisi Skott Piri bundan sonra İstanbul klubunda çalışacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Skott Piri daha öncə də “Qalatasaray”da çalışıb. O, 2011-2014-cü illər aralığında bu klubun əldə etdiyi uğurlarda əsas pay sahiblərindən biri olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button