“Fasilədən sonra baş məşqçimiz bizə dedi ki…” – Emin Mahmudov

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Rusiyanın “Arsenal” klubuna 1:0 hesabı ilə qalib gələn “Neftçi”nin futbolçusu Emin Mahmudov açıqlama verib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın kapitanı cavab oyununda daha çox hücum futbolu göstərəcəklərini bildirib:

“Başa düşürdük ki, “Arsenal”ı əks-hücumlarda yaxalamaq lazımdır. Ona görə də, cinahlardan sürətli hücumlar təşkil etməyə çalışırdıq. Fasilədən sonra baş məşqçimiz bizə dedi ki, qələbə qazanmaq üçün sizin gücünüz var.

Qarşıda ikinci oyun var. Düşünürəm ki, Bakıda daha çox hücum futbolu göstərəcəyik. Biz həmişə doğma divarlar arasında fərqli oynayırıq, daha çox hücum futbolu nümayiş etdiririk.

Təəssüf ki, Avropa Liqasına Baqali Dabosuz başlamışıq. Təbii ki, o bizim bombardirimiz olduğundan, komanda üçün vacib oyunçudur. Biz onu yenidən sıralarımızda görmək istəyirik. Onun komandada olması ilə daha yaxşı hücumlar təşkil edə bilərik. Ancaq bizdə digər hücumçu da var. Rauf Əliyev bu matçda çox mübarizə apardı, bizə çox kömək etdi. Ona görə də, Dabonun yoxluğu hiss olunmadı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button