Fərid Qayıbov qılıncoynadanlarla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) fəaliyyəti ilə tanış olub.

Komanda.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, milli komanda üzvləri ilə görüşən Qayıbov onların məşq proseslərini izləyib, yaradılmış şəraitlə maraqlanıb.

AQF-nin baş katibi Vasif Məmmədov nazirə federasiyanın fəaliyyəti, gənc idmançılarla hazırlığı prosesi, qarşıdakı yarışlara hazırlıq və gələcək planlar barədə məlumat verib. Mütəxəsisslərlə müzakirələr aparan qeyd olunan məsələlərə dair tövsiyələrini verib.

Görüşdə AQF İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımov, şpaqa üzrə milli komandanın baş məşqçisi Morteza Validarvi iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button