“Fənərbaxça” “Arsenal”ın 20 milyon avroluq təklifini rədd edib

“Arsenal” və “Bayer” (Leverkuzen) klubları Türkiyə “Fənərbaxça”sının sol cinah müdafiəçisini hədəfləyib.

Komanda.az “Sabah Spor”-a istinadən xəbər verir ki, söhbət yaxşı mövsüm keçirən 24 yaşlı Fərdi Kadıoğludan gedir.

“Arsenal” qarşı tərəfə 20 milyon avroluq təklif irəli sürüb və bu təklif artıq rədd edilib. Ancaq “Fənərbaxça”nın Kadıoğlunu 25 milyon avroya satmağa razılaşacağı ilə bağlı fikirlər var. 

Fərdi Kadıoğlu bu mövsüm 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button