“Fənərbaxça”dan yeni transfer

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Şotlandiyanın “Reyncers” klubundan ayrılan sol cinah vingeri Rayan Kenti transfer edib.

İngiltərədən olan 26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

“Liverpul”un yetirməsi olan Kent daha öncə “Koventri Siti”, “Barnsli”, “Frayburq”, “Bristol Siti” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi 2018-ci ildən “Reyncers”də çıxış edirdi. O, İngiltərənin U-18 və U-20 yığmalarında da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button