Fərid Nəbiyev üçün 73 dəqiqə

Çexiyanın futbol üzrə gənclər liqasında 21-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Bohemians”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

“Slaviya”nın U-21 komandası hazırda 26 xalla 12 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button