“Fənərbaxça”da yeni müqavilə

Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Nabil Dirarla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni müqavilənin müddəti 2022-ci ilin yayına qədərdi. Əvvəlki müqavilənin müddəti isə 2020-ci ilin may ayında başa çatacaqdı.

Mərakeşli futbolçu 2017-ci ildə “Monako”dan “Fənərbaxça”ya transfer olunub. O, cari mövsümdə 7 oyuna çıxıb, 2 qol vurub.