“Fənərbaxça”da Adil Rami şoku

Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, istanbul təmsilçisinin fransalı futbolçusu Adil Rami sıradan çıxıb.

O, Türkiyə kubokunun 4-cü mərhələsi çərçivəsində “Tarsus İdman Yurdu” ilə matçda zədələnib. Bu üzdən 34 yaşlı müdafiəçi 61-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı.

Artıq Rami tibbi müayinədən keçib. Onun qasıq əzələsində yırtıq aşkarlanıb. Müalicəsinə start verilən Adilin yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil. Amma fransalı futbolçunun Super Liqanın 10-cu turu çərçivəsində keçiriləcək “Kayserispor”la oyunda iştirak etməyəcəyi dəqiqdi.

“Kayserispor” – “Fənərbaxça” matçı noyabrın 3-də baş tutacaq.