Fəhmin Muradbəyli “Neftçi”yə qayıtdı – RƏSMİ

“Neftçi” PFK futbolçusu Fəhmin Muradbəylini komandaya qaytarıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçinin “Səbail” klubu ilə icarə müqaviləsinə xitam verilib.

Qeyd edək ki, növbəti mövsümün hazırlığını komandanın düşərgəsində keçirəcək Muradbəyli 2013-2017-ci illər ərzində “Neftçi”nin heyətində 73 oyuna çıxıb, 6 qol vurub.