“Everton”dan “Trabzonspor”a

Türkiyə çempionu “Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Fil Dişi Sahili yığmasının yarımmüdafiəçisi Jan-Filipp Qbameni heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu İngiltərənin “Everton” klubundan 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Trabzonlular bu keçidə görə İngiltərə klubuna pul ödəməyəcək. Əvəzində futbolçunun özünə bir mövsüm üçün 1,5 milyon avro ödəniləcək. Yeni transfer 25 nömrəli formanı geyinəcək.

Jan-Filipp Qbamen Fransanın “Lans” klubunun yetirməsidir. O, 2016-cı ildə Almaniyanın “Maynts” klubuna transfer olunub və 3 il Bundesliqada çıxış edib. Dayaq yarımmüdafiəçisi 2019-cu ildən “Everton”un uğurları üçün çalışırdı. Lakin o, bu komandada əsas heyət üzvünə çevrilə bilməyib. Premyer Liqa təmsilçisində cəmi 13 oyuna çıxan və 2 qolla yadda qalan yarımmüdafiəçi, geridə qalan mövsümdə də Rusiyanın ÇSKA (Moskva) klubunda icarədə olub. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış futbolçu, 2017-ci ildən Fil Dişi Sahili millisinə dəvət alır. O, bu komandanın heyətində 11 matç keçirib.

Yeri gəlmişkən, “Trabzonspor” nigeriyalı yarımmüdafiəçisi Antoni Nvakaeme ilə də yollarını ayırıb. 33 yaşlı vinger azad agent kimi Səudiyyə Ərəbistanının “Əl-Fayha” klubuna keçib. O, yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Antoni Nvakaeme “Trabzonspor”a 2018-ci ildə İsrailin “Hapoel” (Beer Şeva) klubundan 1,1 milyon avroya transfer olunmuşdu. O, bu komandanın heyətində 4 mövsüm ərzində 145 oyuna çıxıb, 46 qola imza atıb. Nigeriya yığmasında cəmi 1 oyun keçirmiş futbolçu, “Universitatya” (Kluj), “Arieşul” (Turda), “Petrolul”, “Hapoel” (Ra Anana) kimi klubların da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button