Etiraf etdi – Transferi mümkün deyil

“Salernitana” klubunun idman direktoru Valter Sabatini “Mançester Yunayted”in hücumçusu Edinson Kavaninin mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “La Repubblica”-ya istinadən xəbər verir ki, klub rəsmisi, uruqvaylı futbolçunun transferinin əlçatmaz olduğunu etiraf edib:

“Mən azarkeşlərimizi aldatmaq istəmirəm. Kavani əlçatmazdır, maaşı çox yüksəkdir. Digər tərəfdən, Frank Riberinin müqaviləsinin avtomatik uzadılması məsələsi var və o, oynamağa davam etmək istəyir”.

Daha əvvəl Kavaninin “Mançester Yunayted”lə müqaviləni uzatmayacağı bildirilirdi.

35 yaşlı uruqvaylı 2020-ci ilin payızında PSJ-dən “Mançester Yunayted”ə keçib. Bu mövsüm o, “qırmızı şeytanlar”la 19 oyuna çıxıb və 2 qol vurub.

Bizi Telegramda izləyin