Eriksenin Çempionlar Liqası arzusu

İngiltərənin “Brentford” klubunun yarımmüdafiəçisi Kristian Eriksen gələcəyi ilə bağlı planlarını açıqlayıb.

Komanda.az “Viaplay”-a istinadən xəbər verir ki, 30 yaşlı danimarkalı yarımmüdafiəçi Çempionlar Liqasında oynamaq istədiyini bildirib:

“Bir neçə təklifim var ki, yekun qərar qəbul etməzdən əvvəl diqqətlə öyrənəcəyik. Yenidən Çempionlar Liqasında oynamaq istərdim. Bu, ilkin şərt deyil, amma bunun nə qədər böyük olduğunu bilirəm”.

Eriksen 2022-ci ilin yanvarından “Brentford”da çıxış edir. O, komandanın heyətində 9 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub. Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.