PSJ Enrike ilə yeni müqavilə üçün razılığa gəlib

PSJ baş məşqçisi Luis Enrike ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Paris klubu ilə yeni müqavilənin bütün şərtlərini razılaşdırıb. Yeni anlaşmanın müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Razılaşmanın yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.

Luis Enrike 2023-cü ildən PSJ-ni çalışdırır. Komanda onun rəhbərliyi altında üç dəfə Fransa Liqa 1-in və ölkə superkubokunun, iki dəfə UEFA Çempionlar Liqasının və Fransa kubokunun, həmçinin, bir dəfə UEFA superkubokunun və Qitələrarası kubokun qalibi olub.

56 yaşlı mütəxəssis məşqçilik karyerası ərzində “Roma”, “Selta”, “Barselona” və İspaniya millisini də çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button