Emin Mahmudov: “Millidəki hər oyun vacibdir”

“Qazandığımız qələbələr barədə danışmırıq. Hər matç bizim üçün çox vacibdir”.

Komanda.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi qazanılan qələbələrin oyunçulara inam verdiyini vurğulayıb.

Noyabrın 20-də keçiriləcək oyun saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldovaya 2:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button