Emin Mahmudov: “Hamı bizdən yaxşı oyun, yaxşı nəticə gözləyir”

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, “Neftçi”nin futbolçusu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Lüksemburqla oyunda məğlub olmağımız xoş deyildi. Sabahkı oyunda nəticə qazanmaq lazımdır. Əlimizdən gələni edəcəyik ki, evə əliboş qayıtmayaq. Hamı bizdən yaxşı oyun, yaxşı nəticə gözləyir”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button