Emin Mahmudov: “Bu qələbələr bizə inam verir”

UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda keçiriləcək Azərbaycan – Qazaxıstan matçından öncə təşkil olunan mətbuat konfransında komandanın futbolçusu Emin Mahmudov jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az sizi həmin fikirlərlə tanış edir:

  • Milli iki oyundu qələbə qazanır. Səncə əsas dəyişən nədir?
  • Slovakiyaya qarşı yaxşı mübarizə apardıq. Mübarizə bizə kömək etdi. Bəzi oyunlarda yaxşı nəticə olur, bəzilərində yox. İnşallah, bu qələbələr bizə inam gətirər, yenə qalib gələrik.
  • Sənə elə gəlmir ki, milli daha yaxşı oyun sərgiləyə bilər?
  • Əlbəttə, biz daha yaxşı ola bilərik. Daha çox özümüzə inansaq, daha çox xal qazana bilərik. Bəzi oyunlarda potensialımızdan daha aşağı səviyyədə oynayırıq.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button