Nazim Süleymanov Elxan Məmmədovun görüşündə FOTO

Bu gün Futbol Veteranları İttifaqının təşəbbüsü ilə Bakı Biznes Mərkəzində veteran futbolçularla görüş keçirilib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayev, İsgəndər Cavadov və ittifaqın sədri Oqtay Abdullayev iştirak ediblər. Əvvəlcə ötən dövrdə dünyasını dəyişən veteran futbolçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Abdullayev, görüşün əhəmiyyətindən bəhs edib. Daha sonra AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çıxış edərək AFFA rəhbərliyinin veteran futbolçulara daim qayğı və həssaslıqla yanaşdığını, bundan sonra da onların problemlərinin həlli istiqamətində çalışacaqlarını bildirib.

Daha sonra İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov, Kazbek Tuayev və Vaqif Sadıqov çıxış ediblər. Veteran futbolçular onları qayğılandıran məsələlərdən bəhs edib, təkliflərini bildiriblər. Görüşdə veteran futbolçuların statusu ilə bağlı əsasnamənin hazırlanması məsələsi də müzakirə olunub.

Maraqlıdır ki, görüşdə Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov da iştirak edib. Süleymanovun yaratdığı təşkilat AFFA tərəfindən tanınmır və bu məsələylə bağlı tərəflər arasında bir neçə dəfə mübahisəli vəziyyət yaranıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button