Elmar Baxşıyev: “Matçın ədalətli nəticəsi elə heç-heçə idi”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatdıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sumqayıt” son pillədə qərarlaşsa da, ağır səfər oyunu oldu. Komanda şəklində yaxşı hazırlaşmışdıq. Bir xal qazandıq. Qalib gələ bilərdik, amma uduzmaq ehtimalımız da var idi. Matçın ədalətli nəticəsi elə heç-heçə idi. İki xal itirdiyimizi, yoxsa bir xal qazandığımızı demək çətindir. Hər oyun çətindir. İtkilərimiz var idi. Heyətimiz də geniş deyil. Hər bir oyunçunun yoxluğu, bizi rotasiyalara getməyə məcbur edir.

Kristof Atanqana güvəndiyimiz oyunçudur. Ona çempionat oyunlarında şans verməyi düşünürdük. Hər bir futbolçumuza inamımız böyükdür. Mən futbolçuları ehtiyat və əsas heyətə bölmürəm. Həftə ərzində kim hazır görünürsə, daha çox onun üzərində dayanırıq. Buraxdığımız qolu burada analiz etməyəcəm. Qol buraxmışıqsa, bütün komandanın səhvidir. Rəqib ora qədər gəlirsə, tək axırıncı nöqtədə dayanmaq düzgün deyil. Mən də istəyərdim ki, heyətimiz geniş olsun. Bir müdafiəçimiz zədəli və ya cəzalı olursa, qarşıdakı oyunda əziyyət çəkirik. Heyətimizin geniş olmasından yanayam. Amma hər şey büdcəyə bağlıdır. Büdcə imkan verəcəksə, geniş heyətin olmasını istəyərəm. Azad agent statusunda olan futbolçuları komandadamda görmək istərdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button