Elmar Baxşıyev: “Ələ düşən qol imkanlarını dəyərləndirə bilmədik”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Baxşıyev, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Düşündüyümüz kimi, ağır oyun keçdi. “Sabah” iddialı komandadır. Yaxşı heyətləri var. Matça yaxşı başladıq, amma əlimizə düşən qol imkanlarını dəyərləndirə bilmədik. Rəqib layiqli qələbə qazandı.
  • Hakimlikdən narazı qaldız?
  • Hakimlərə də qiymət verən qurum var. İnanıram ki, onlar da oyuna baxacaq, lazımi qiyməti verəcəklər. Köməkçimə hansı səbəblə sarı vərəqə verildi, bilmədik. Ümumi oyun idarəçiliyi normal idi.
  • Ruan Renatonun meydanda olmaması komandaya təsir etdi?
  • Yoxluğu bizə təsir edir. O, bizim əsas oyunçularımızdandır. Ruhdan düşməyəcəyik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button