“Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov AÇ-2025-in püşkünü dəyərləndirib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssis əllərindən gələni edəcəklərini bildirib:  

“Avropa çempionatının seçmə mərhələsində İsveçrə, Macarıstan və Türkiyə yığmaları ilə qarşılaşacağıq. Komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, qrupda ilk pillələrdə qərarlaşaq. İsveçrə ilə Macarıstan uzun illərdir ki, qadın futbolunda inkişaf yolundadır. Bu komandalar artıq neçə ildir ki, B liqasının yuxarı yerlərində qərarlaşırlar. Millimiz və Türkiyə yığmasına gəlincə, ilk dəfədir ki, B liqasına yüksəldik və birinci dəfədir ki, bu liqada bir-birimizə rəqib olduq. Düşünürəm ki, İsveçrə və Macarıstan bizim üçün yeni komandalardır. İndiyədək bu yığmalarla bir qrupa düşməmişdik. Lakin Türkiyə yığması mənə tanışdır. Bu ölkənin “Fomget” klubunda çalışdığım üçün deyə bilərəm ki, futbolçuları da individual olaraq tanıyıram”.

AÇ-2025-in seçmə mərhələsində qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Azərbaycan millisi B Liqasının 1-ci qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button