
Ekvador DÇ-2022-dən uzaqlaşdırılacaq
FİFA iyunun 10-da Ekvador yığmasının DÇ-2022-nin final mərhələsindən uzaqlaşdırılmasını rəsmən açıqlayacaq.
Komanda.az xəbər verir ki, bu barədə məlumatı FİFA-dakı mənbəyə istinadən “TV Azteca” yayıb. Bildirilir ki, FİFA məsələ ilə bağlı qəti qərar qəbul edib.
Ekvadorun yerini isə Çili yığması tutacaq.
Ekvador millisinin müdafiəçisi Bayron Kastilyonun kolumbiyalı olması ilə bağlı sübutlar var. Ona görə də onun Ekvador millisində oynamaq hüququ yoxdur. Vəkillər Kastilyonun doğum haqqında şəhadətnaməsini tapıb və bu, onun 1998-ci ilin noyabrında Ekvadorda deyil, Kolumbiyanın Tumako şəhərində anadan olduğunu göstərir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



