EKOL-la “Neftçi”dən qələbə, mərkəzi oyunda qalmaqal

Bu gün futzal üzrə Yüksək Liqada 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün qarşılaşmaları “Olimpik Star”da baş tutub.

Turun açılış matçında “Premier” (Quba) “Xızı Futzal”la üz-üzə gəlib. 17 qolun qeydə alındığı oyunda “Xızı Futzal” qələbə qazanıb. “Neftçi” isə “Bakı” ilə görüşdə inamlı qələbəyə sevinib.

Turun mərkəzi oyununda lider “Araz” ən yaxın izləyicisi olan “Marafon”la qarşılaşıb. Oyun gözlənildiyi kimi gərgin keçib. İlk yarıda qapılara qol vurulmayıb. 25-ci dəqiqədə “Marafon” meydanda azlıqda qalıb. Bundan istifadə edən “Araz”dan İsanın zərbəsi qarşısıalınmaz olub. Oyun bərpa olunsa da, baş məşqçi Elşad Quliyevin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılması görüşün yarıdaq dayandırılmasına səbəb olub. Belə ki, oyunun 26:09 dəqiqəsində referilər “Marafon”un hakimin qərarına etiraz edərək meydanı tərk etdiyini əsas gətirərək görüşü dayandırıb. Halbuki hakim görüşün dayandırıldığını bildirən fiti səsləndirən zaman meydanda “Marafon”un yetərsay qədər oyunçusu var idi. Sonrakı dəqiqədə “Marafon” oyunu davam etdirmək istəsə də, “Araz” hakimlərin matçı bitirdiyini əsas gətirərək meydana geri dönməkdən imtina etdi. Məsələ ilə bağlı İntizam Komitəsi qərar verəcək. Hakimlər oyunun dayandırılması ilə bağlı qərar verən zaman vəziyyəti düzgün qiymətləndirmədiklərini protokolda da qeyd ediblər.

“Baku Fire” EKOL-la görüşdə məğlub olubsa, autsayderlərin duelində “Record club” “Yasamal”dan güclü olub.

Yüksək Liqa, 15-ci tur

20 fevral

Premier (Quba) – Xızı Futzal 8:9
Qol
: Vüqar Asalıyev, 09:53; 31:51; 32:57. Qulu Rzayev, 10:49; 39:57. Oqtay Orucov, 16:57; 30:40. Habil Nurəhmədov, 17:42 – Aydın Qasımov, 02:22; 03:42. Firudin Ağalarov, 14:49; 36:27. Cavad Hacıyev, 16:25-öz qapısına. Qərib İbrahimov, 18:42; 25:59. Xəyal Quliyev, 21:37. Elnur Soltanlı, 32:38.
Hakimlər: Rahin Heybətov, Mahir Məmmədov, Xəlil Xəlilov.
Olimpik Star. 12:00.

Neftçi İK – Bakı TFK 7:1
Qol
: Elçin Zeynalov, 02:43; 22:06. İlham Allahverdiyev, 17:58-öz qapısına. Adil İsmayılov, 25:47. Əjdər Əjdərov, 26:09. Vahib Xocayev, 30:20. Tofiq Hüseynov, 38:25 – Məhəmməd Xəlilov, 28:22.
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Fuad Həsənov.
Olimpik Star. 14:00.

Marafon FK – Araz 0:1 (oyun başa çatmayıb)
Qol: İsa Atayev, 25:34.
Hakimlər: Hikmət Qafarlı, Mehman Mahmudov, Knyaz Əmiraslanov.
Olimpik Star. Saat 16:00.

EKOL – Baku Fire 7:2
Qol
: Namiq Məmmədkərimov, 15:55; 28:02; 28:36. Oktay Rüstəmli, 20:36. Fərid Atakişiyev, 30:47. Fərid Ələkbərov, 35:16. Əsgər Abasov, 35:38 – Elşən Zərbəliyev, 29:25. Rəvan Abdullayev, 33:59.
Hakimlər: Əli Cəbrayılov, Etibar Həsənov, Nahid Xasıyev.
Olimpik Star. 18:00.

Record club – Yasamal İSK 6:5
Qol: Sabir Hacıəliyev, 07:37. Vahid Ansari, 09:57; 12:37; 29:41. Hamed Noroozi, 10:32. Chiya Babakhani, 26:01 – Pərviz Əliyev, 12:02. Majid Kalhori, 18:52; 29:57; 33:43-pen; 36:03-pen.
Hakimlər: Ramiz Məhərrəmov, Ceyhun Hüseynov, Vüsal Balaşov.
Olimpik Star. Saat 20:00.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button