Eddi İsrafilov Azərbaycan millisini seçmə səbəbini açıqladı

İspaniyanın “Albasete” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Eddi İsrafilov “Marca” nəşrinə müsahibə verib.

Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi müsahibəsində Azərbaycan millisini seçmə səbəbini də deyib:

“İspaniya pasportum var. Baxmayaraq ki, çox çətindir, ancaq bu ölkənin milli komandası üçün də oynaya bilərdim. Mənim əslim Azərbaycandan gəlir. Anam orada doğulub. Mən onun ölkəsinin yığma komandasında oynaya bilirəm. Faktdır ki, 15 dəfə milli formanı geyinmişəm. Anqola milli komandası üçün də oynaya bilərdim. Atam oralıdır. Ancaq Azərbaycanı seçdim. Çünki bunun sayəsində Avropada oynaya bilərdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button