“İnter” rəsmisi baş məşqçi haqda: “Rəqəmlərdə razılaşmaq lazımdır”

“İnter”in idman direktorunun müavini Dario Bakçin baş məşqçi Simone İnzaqi, eləcə də, futbolçular Lautaro Martines və Nikolo Barella ilə müqavilələrin mümkün uzadılması barədə danışıb.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, klub rəsmisi hər iki tərəfin xoşbəxt olacağını düşünür:

“Biz bunun üzərində işləyirik. Hər tərəfdə irəli getmək istəyi var. Rəqəmlərdə razılaşmaq lazımdır, amma qarşılıqlı istək olanda, heç bir problem olmamalıdır. Düşünürəm ki, hər kəs xoşbəxt olacaq”.

Cari İtaliya çempionatında “İnter” vaxtından əvvəl çempuonluğunu rəsmiləşdirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button