Dünyanın ən bahalı futbolçuları – SİYAHI

“Transfermarkt” portalı dünyanın ən bahalı futbolçularının yeni siyahısını dərc edib.

Komanda.az xəbər verir ki, siyahının ilk pilləsində Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe yer alıb. 25 yaşlı futbolçunun transfer qiyməti 180 milyon olaraq göstərilib.

“Mançester Siti”nin hücumçusu Erlinq Haland (170 milyon avro) ikinci yerdədir.

“Real”dan Vinisius Junior və “Borussiya”dan (Dortmund) Çud Bellingem (hər ikisi 120 milyon avro) 3-4-cü yerləri bölüşdürürlər.

“Mançester Siti”dən Fil Foden və “Bayern”dən Camal Musiala (hər ikisi 110 milyon avro) 5-6-cı, “Real”dan Federiko Valverde, “Napoli”dən Viktor Osimhen və “Barselona”dan Pedri (hər üçü 100 milyon avro) 7-9-cu sıradadırlar. 10-cu yerdə “Barsa”nın digər futbolçusu Qavi (90 milyon avro) qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button