Dünyanın ən ucaboylu qolkiperi İngiltərə klubunda

Danimarkalı qolkiper Simon Yorqensen İngiltərənin “Dalviç Hemlet” klubuna keçib.

Komanda.az xəbər verir ki, bu barədə 6-cı divizion təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Kopenhagen” klubunun yetirməsi olan Yorqensen, 2,10 metr boyuyla, dünyanın ən ucaboylu qolkiperi sayılır.

26 yaşlı qapıçının son iş yeri Danimarkanın “Qreve” klubu olub.