“Dünya çempionatını sevirəm” – Oçoa

Meksika millisinin qapıçısı Gilyermo Oçoa DÇ-2022-nin qrup mərhələsinin Polşaya qarşı ilk matçı (0:0) barədə sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, görüşün 58-ci dəqiqəsində meksikalı qapıçı Robert Levandovskinin penalti zərbəsini dəf edib. Matçdan sonra futbolçu “tvitter”də “Dünya çempionatını sevirəm” yazıb.

DÇ-2022-nin 2-ci turunda meksikalılar Argentina, polşalılar isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaqlar. Hər iki oyun noyabrın 26-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button