Dünya çempionatında yenilik – medal qazanan boksçulara pul veriləcək

Beynəlxalq Boks Federasiyası (AİBA) növbəti dünya çempionatında ilk dəfə olaraq medal qazanan idmançılara pul mükafatı verəcək.

Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qaliblər 100 000 ABŞ dolları, ikinci yeri tutanlar 50 000 dollar, bürünc medalçılar isə 25 000 dollar alacaqlar.

Boks üzrə dünya çempionatı bu il 24 oktyabr-6 noyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək.