Droqbadan Balotelli etirafı

Didye Droqba, qış transfer dövründə “Nitsa”dan “Marsel”ə transfer olunan Mario Balotelli haqqında açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı sabiq futbolçu, Balotelliyə “Marsel”ə transfer olunmasını məsləhət gördüyünü deyib:

“Balotelliyə görə xoşbəxtəm. “Marsel”ə transfer olunmamışdən əvvəl danışmışdıq. Ona, “bu, bir fürsətdir, bundan istifadə et. “Marsel” sənin üçün yaxşı bir klubdur” demişdim. O, hazırda yaxşı irəliləyir, yenidən qollar vurmağa başlayıb. Təəssüf ki, vurduğu qollar İtaliya millisinə çağırılması üçün kifayət etmədi”.

Droqba 2003-2004-cü illərdə “Marsel”in şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button