Droqba Osimhenlə nə danışıb?

“Çelsi”nin sabiq futbolçusu Didye Droqba “Napoli”nin hücumçusu Viktor Osimhen barədə danışıb.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, o, nigeriyalı hücumçu ilə görüşmədiyini bildirib:

“Onunla şəxsən görüşməmişəm. Bir dəfə ona mesaj yazdım. Eyni ruhda davam etməsini dedim”.

24 yaşlı Osimhen cari mövsümdə “Napoli”nin heyətində İtaliya A Seriyasında 19 oyuna çıxıb, 18 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button