Dortmund “Borussiya”sından “Haydenhaym”a

Almaniyanın “Haydenhaym” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Dortmund “Borussiya”sından Djenis Burniçi transfer edib.

Bu barədə “Haydenhaym”ın rəsmi saytı məlumat yayıb. 22 yaşlı alman yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 20 nömrəli formanı geyinəcək.

Almaniyanın gənclərdən ibarət yığmasının da üzvü olan Burniç, Dortmund “Borussiya”sının öz yetirməsidi. O, son illərdə “Ştutqart” və Drezden “Dinamo”sunda da icarədə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button