Dortmund “Borussiya”sı baş məşqçisini qovdu

Almaniyanın “Borussiya” (Dortmund) klubu baş məşqçisi Lusyen Favrı istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi məlumat yayıb.

Ötən gün “Ştutqart”a 1:5 hesablı məğlubiyyətdən sonra baş məşqçinin istefaya göndərilməsi qərara alınıb. Lakin istefaya komandanın qeyri-sabit çıxışı da səbəb göstərilir. Məsələ burasındadır ki, Dortmund klubu 11 turdan sonra 19 xalla 5-ci sırada qərarlaşıb.

Favr “Borussiya”nı 2018-ci ilin mayından çalışdırırdı. Komanda ötən mövsümü onun rəhbərliyi altında 2-ci pillədə başa vurmuşdu.

“Borussiya”nı mövsümün sonuna qədər komandada köməkçi-məşqi kimi işləyən Edin Terziç çalışdıracaq. 38 yaşlı mütəxəssis daha öncə “Beşiktaş” və “Vest Hem”də Slaven Biliçin köməkçisi olub.