Diniyevli “Ümraniyəspor” evdə uduzdu

Türkiyə 1-ci liqasında 29-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyəspor” “Şanlıurfaspor”la qarşılaşıb.

İstanbul təmsilçisi doğma meydanda baş tutan bu oyunda 0:1 hesablı məğlubiyyətə üzülüb. Coşqun start heyətdə başladığı matçın 60-cı dəqiqəsində əvəzlənib.

“Ümraniyəspor” bu nəticədən sonra 34 xalla 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button