“DH Volley”dən növbəti qələbə

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 17-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“DH Volley” kollektivi UNEC-i 3:0 (25:13, 25:15, 25:18), “Milli Aviasiya Akademiyası” isə “Gəncə”ni 3:2 (23:25, 25:19, 20:25, 25:17, 15:13) hesabı ilə üstələyib.

Oyunlar müvafiq olaraq UNEC-in və “Milli Aviasiya Akademiyası”nın idman zalında təşkil olunub.

Azərbaycan Yüksək Liqasında 17-ci tura martın 12-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button