Deşam İngiltərə millisi ilə matç haqda: “Bu, yoxlama oyunu olmayacaq”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-da üçüncü yer uğrunda İngiltərə yığması ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis komandasının bürünc medal uğrunda qarşılaşmaya ciddi yanaşacağını bildirib:

“Qarşıda bizi üçüncü yer uğrunda oyun gözləyir. Komanda qələbə qazanmaq üçün əlindən gələni edəcək. Biz qalib gəlməliyik. Bu, yoxlama oyunu olmayacaq. Bizə dəstək olan azarkeşlər qarşısında borcumuzu yerinə yetirməliyik”.

Fransa ilə İngiltərə milliləri arasında üçüncü yer uğrunda qarşılaşma iyulun 19-da keçiriləcək. Oyunun start fiti saat 01:00-da səslənəcək.

Fransa millisi yarımfinalda İspaniyaya 0:2, İngiltərə isə Argentinaya 1:2 hesabı ilə məğlub olaraq, finaldan kənarda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button