“Dembele fit səslərini alqışa çevirəcək”

“Barselona”nın baş məşqçisi Xavi Osman Dembelenin azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, Avropa Liqasının “Napoli” ilə oyununda (1:1) Kataloniya klubunun azarkeşləri daha əvvəl “Barselona” ilə müqaviləsini yeniləməyən fransalı vingeri fitə basıblar. Xavi bu məsələyə münasibət bildirib:

“Dembelenin oyununu nəzərə alsaq, o, fit səslərini alqışa çevirəcək. O, “Napoli” ilə matçda insanların görmək istədiyi oyunu göstərdi. Dembele fit səslərini alqışa çevirəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button