“Dediklərimdə daha diqqətli olmalıyam” – Lukaku

“İnter”in hücumçusu Romelu Lukaku İtaliya A Seriyasının 31-ci turunun “Empoli” ilə oyunundan (3:0) sonra Milan klubu ilə əməkdaşlığın davam etdiriləcəyinə işarə vurub.

Komanda.az “Sky Sport İtalia”-ya istinadən xəbər verir ki, belçikalı forvard “İnter”in azarkeşlərini sevdiyini deyib:

“Mənim gələcəyim? Dediklərimdə daha diqqətli olmalıyam. İzləmədə qalın…

Hələlik mən bütün diqqətimi “İnter”ə vermək və bu klub üçün əlimdən gələni etmək istəyirəm. Mən həmişə “İnter” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Azarkeşlərimizi sevirəm, onlarla münasibətimiz əladır”.

Lukaku bu mövsüm “İnter”in heyətində bütün yarışlarda 26 oyuna çıxıb. 29 yaşlı hücumçu bu oyunlarda 9 qol vurub, 3 məhsuldar ötürmə edib. Lukaku “İnter”də icarə əsasında çıxış edir. Futbolçu “Çelsi” klubuna məxsusdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button