Tuxel: “Hamımız finalda iştirak etmək istəyirdik”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel 2026-cı il dünya çempionatının üçüncü yer uğrunda Fransa ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, həm İngiltərə, həm də Fransa futbolçularının əsas hədəfinin finalda oynamaq olduğunu bildirib:

“Nə bizim futbolçular, nə də Fransa millisinin oyunçuları bu matçda oynamaq istəyir. Hamımız finalda iştirak etmək istəyirdik və bunun üçün əlimizdən gələni etdik. Hər kəs dünya çempionu olmaq üçün mübarizə aparır, üçüncü yer uğrunda oyuna görə yox. Bərpa üçün Fransadan bir gün az vaxtımız var. Buna baxmayaraq, matça peşəkar şəkildə hazırlaşacağıq”.

İngiltərə yığması yarımfinalda Argentina millisinə 1:2 hesabı ilə uduzaraq final şansını əldən verib.

Fransa ilə İngiltərə arasında üçüncü yer uğrunda qarşılaşma iyulun 19-da keçiriləcək. Oyunun start fiti saat 01:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button