DÇ: Elis Manolova 5-ci oldu

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın dördüncü günündə qadınlardan ibarət millimizin iki üzvü mübarizəyə qoşulub.

Leyla Qurbanova (53 kq) 1/8 finalda moldovalı Yuliya Leordaya qalib gəlib – 5:1. Həmyerlimiz 1/4 finalda monqolustanlı Xulan Batxuyaqla qarşılaşıb və ciddi zədə aldığı üçün görüşü davam etdirə bilməyib.

Mundiala 1/4 finaldan başlayan Elis Manolova (65 kq) çinli Jia Lonqa məğlub olub – 3:6. Rəqib finala yüksəldiyi üçün milli üzvü təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Aslı Demirlə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Sonuncu xal prinsipinə əsasən (5:5) rəqibini üstələyən Manolova bürünc medal uğrunda görüşdə fransalı Kumba Larroke ilə qarşılaşıb və minimal fərqlə (2:3) uduzaraq 5-ci yerlə kifayətlənib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button