DÇ: Azərbaycan millisinin oyunlarının hakimləri bilindi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Malta, Bosniya və Herseqovinaya qarşı keçirəcəyi oyunları idarə edəcək hakimlər məlum olub.

Komanda.az xəbər verir ki, sentyabrın 2-də Ta`Qali şəhərindəki Mərkəzi stadionda keçiriləcək Malta – Azərbaycan oyununu İtaliyadan, sentyabrın 6-da “Dalğa Arena”da təşkil olunacaq Azərbaycan – Bosniya və Herseqovina qarşılaşmasını isə Fransadan olan hakimlər briqadası idarə edəcək:

2 sentyabr
21:30. Malta – Azərbaycan

Baş hakim: Silvia Qasperotti
Baş hakimin köməkçiləri: Veronika Martinelli, Veronika Vettorel
Dördüncü hakim: Anna Frazza
(Hakimlər briqadası İtaliyadandır)
Ta`Qali. Mərkəzi stadion

6 sentyabr
20:00. Azərbaycan – Bosniya və Herseqovina

Baş hakim: Maika Vanderstixel
Baş hakimin köməkçiləri: Solenne Bartnik, Klotilde Brassard
Dördüncü hakim: Savina Elbour
(Hakimlər briqadası Fransadandır)
Bakı. “Dalğa Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button