
DÇ-2026: Tuxeldən Rays açıqlaması
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın yarımfinalında Argentina yığması ilə keçiriləcək oyun öncəsi komandanın heyəti barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, yarımmüdafiəçi Deklan Raysın matça hazır olduğunu bildirib:
“Deklan start heyətində meydana çıxmağa hazırdır. Cordan Henderson və Jarell Kuansa istisna olmaqla, bütün futbolçularımız oynaya biləcək vəziyyətdədir”.
Deklan Rays DÇ-2026-da İngiltərə millisinin heyətində keçirdiyi 5 oyunda 1 məhsuldar ötürmə verib.
İngiltərə – Argentina qarşılaşması bu gün keçiriləcək. Matçın start fiti saat 23:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



