
“Düşünürəm ki, “Braziliya millisi dünya çempionu olacaq”
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatında komandasının uğur qazanacağına inandığını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssisə Braziliya yığmasının mundialın qalibi olub-olmayacağı ilə bağlı sual ünvanlanıb. Ançelotti bu suala qətiyyətlə müsbət cavab verib:
“Düşünürəm ki, bəli. Oyunçularda böyük gözləntilər yaratmaq istəyirəm. Gözləntilər yüksək olanda motivasiya da artır”.
O, komanda ruhunun əhəmiyyətindən də danışıb:
“İstedaddan yalnız birlik olan komandada düzgün istifadə etmək mümkündür. Məhz bunun üzərində işləməliyik və işləyəcəyik. Psixoloji amil çox vacibdir. Futbolçular fədakar, təvazökar olmalı, vahid məqsəd naminə çalışmalı və komandaya töhfə verməlidirlər”.
Braziliya millisi dünya çempionatında öz qrupunda Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə qarşılaşacaq. Bu ayın 11-də start götürəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.
Bizi Facebook-da izləyin



