Azərbaycan millisindən Polşa üzərində çətin qələbə

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk matçında Polşanı qəbul edib.

Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan yığmasının 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisi qrupdakı ikinci oyununu oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək. Polşa seçməsi ilk oyununda yunanlara qalib gəlib – 3:0.

DÇ-nin seçmə mərhələsi
6-cı qrup
7 oktyabr

Azərbaycan – Polşa 4:3
Qol
: Xətai Bağırov, 10. Rafael Vilela, 17; 24. Bolinya, 34 – Matyuş Mrovyek, 7. Sebastyan Lesçak, 25. Kamil Surmyak, 27.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button