DÇ-2022: Yaponiya Almaniyanı necə məğlub edib? – Mourinyonun şərhi

“Roma”nın baş məşqçisi Joze Mourinyo Yaponiyanın dünya çempionatında Almaniya üzərində 2:1 hesablı sensasiyalı qələbəsini şərh edib.

Komanda.az xəbər verir ki, Mourinyo asiyalı futbolçuların mentalitetini qabardıb. O, ESPN-ə açıqlamsında belə deyib:

“Avropa futbolunda fərdi keyfiyyətlərə və daxili eqoya çox diqqət yetirilir. Amma şəxsən mən futbolçulara bir insan, ölkənin bir parçası kimi baxıram. Heç vaxt yapon futbolçuları çalışdırmamışam, amma asiyalı futbolçuları idarə etmişəm.

Xoşbəxtlikdən mənim rəhbərliyim altında Asiyanın ən yaxşı futbolçusu Son Hın Min var idi. Və başa düşürəm ki, onların xüsusi mentaliteti var. Onlar çox vacib bir şeylə seçilirlər: özləri üçün deyil, komanda üçün oynayırlar”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button