DÇ-2022: Tərlan Əhmədovun çempion olmasını istədiyi komanda

Noyabrın 20-də futbol üzrə dünya çempionatı start götürəcək.

Qətərdə təşkil olunacaq mundialla bağlı futbol adamları proqnozlarını verir, favoritlərini açıqlayır.

“Kəpəz” klubunun baş məşqçisi Tərlan Əhmədov da Komanda.az-a DÇ-2022-də favorit kimi gördüyü və azarkeşlik edəcəyi millinin adını açıqlayıb:

“Mən illərdir ki, Portuqaliya millisinə azarkeşlik edirəm. Bu komandanın oyununu bəyənirəm. Qətərdəki dünya çempionatında da Portuqaliya yığmasına azarkeşlik edəcəm. Dünya çempionatındakı favoritim də Portuqaliya millisidir. Bu komandanın dünya çempionu olmasını istəyirəm”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button