DÇ-2022: “Baş məşqçi bizə dedi ki…” – Reşford

İngiltərə millisinin hücumçusu Markus Reşford DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Uelslə matçı (3:0) haqda danışıb.

Bu oyunda Reşford dubla imza atıb. O, matçın 50-ci və 68-ci dəqiqələrində qol vura bilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeytin fasilə ərəfəsində futbolçuları necə motivasiya etdiyini açıqlayıb:

“Fasilədə baş məşqçi bizə dedi ki, “biz ilk hissədə yaxşı oynadıq. Lakin daha yaxşı edə biləcəyimiz yeganə şey qapıya düzgün zərbə endirməkdir”. Təhlükəli hücumlar qurmağa davam etdik. Məncə, birinci hissədə bunu edə bildik. İkinci hissədə də bu məqamları nəzərə almağa məcburuq”.

İngiltərə millisi bu qələbədən sonra qrupda xallarının sayın 7-yə çatdırıb. Bununla da, onlar turnirin pley-off mərhələsinə vəsiqə qazana biliblər. 1/8 finalda rəqib Seneqal millisi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button