Rusiyalı azarkeş döyüldü, xəstəxanalıq oldu FOTO

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Sloveniya – Rusiya matçından sonra azarkeşlər arasında insident yaşanıb.

Komanda.az xəbər verir ki, sloveniyalı fanatlar matçdan sonra rus azarkeşlərlə dalaşıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qalmaqal zamanı bir rus fanat ciddi xəsarət alıb. O, Mariborda yerləşən xəstəxanaların birinə aparılıb.

Sloveniya – Rusiya matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.