![](https://komanda.az/wp-content/uploads/2019/09/dc-2022.jpg)
DÇ-2022-nin loqosu bəlli oldu
2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının loqosu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Rəsmi loqo Qətərin paytatı Dohada təşkil olunan xüsusi tədbirdə təqdim olunub. FİFA-nın yaydığı məlumata görə, mundialın loqosunda istifadə olunan “8” DÇ-2022-nin oyunlarına ev sahibliyi edəcək stadionların sayını və sonsuzluq işarəsini özündə əks etdirir.
32 komandanın qatılacağı DÇ-2022 21 dekabr-18 yanvar tarixləri arasında keçiriləcək.
![](https://komanda.az/wp-content/uploads/2019/09/dc-2022.jpg)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin