DÇ-2022: Kolumbiya millisi Peruyla bacarmadı

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 15-ci turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, lider Braziliya yığması səfərdə Ekvadorla qarşılaşıb. Görüş 1:1 hesabıyla bitib.

Turnir cədvəlinin 2-cisi Argentina yığması Çilidən üstün olub – 2:1. Uruqvay isə Paraqvayı Luis Suaresin qolu ilə məğlub edib – 1:0.

Bu gün daha iki qarşılaşma keçirilib. Venesuela Boliviyanı, Peru isə Kolumbiyanı məğlub edib.

DÇ-2022, Cənubi Amerika zonası üzrə seçmə mərhələ, 15-ci tur

28 yanvar

Ekvador – Braziliya 1:1
Qol:
Torres, 75 – Kazemiro, 6.

Paraqvay – Uruqvay 0:1
Qol:
Luis Suares, 50.

Çili – Argentina 1:2
Qol:
Ben Bereton, 21 – Anxel Di Mariya, 10. Lautaro Martines, 34.

29 yanvar

Kolumbiya – Peru 0:1
Qol:
Flores, 85.

Venesuela – Boliviya 4:1
Qol:
Salomon Rondon, 24; 34; 67. Maçis, 55 – Miranda, 38.

Bombardir: Marselo Moreno (Boliviya) – 9 qol.