DÇ-2022: Almaniya millisində ciddi itki

DÇ-2022-nin 1-ci turunda Yaponiya ilə qarşılaşacaq Almaniya millisi itki ilə üzləşib.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, millinin aparıcı üzvrlərindən olan Leroy Sane zədə səbəbindən yaponlarla oyunu buraxacaq.

26 yaşlı vinger dizindəki problemə görə komandanın son məşqində də iştirak etməyib. Onu sol cinahda Camal Musialanın əvəzləyəcəyi gözlənilir.

Noyabrın 23-də keçiriləcək Almaniya – Yaponiya matçı saat 17:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button